Salyanda yol qəzasında xarici ölkə vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb


09:22     07 Sentyabr 2021 21_09_07_1630962835.jpg

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan TIR yük maşını qarşıda gedən “Zil” markalı maşınına çırpılıb. Nəticədə "Zil" idarəetmədən çıxaraq, yolun kənarına aşıb. Hadisə zamanı biri İran vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 845