Hindistanda dünyanın ən təhlükəli viruslarından biri yayılır
09:33 07 Sentyabr 2021
Hindistanın Kerala ştatında 11 nəfərdə təhlükəli “Nipax” (NiV) virusu aşkarlanıb.
Bu barədə Femida.az NDTV telekanalına istinadən xəbər verir.
Ştatın səhiyyə naziri Vina Corc bildirib ki, pasiyentlərin vəziyyəti sabitdir.
Bir gün əvvəl Kerala hakimiyyət orqanları 12 yaşlı oğlanın “Nipax” virusundan öldüyünü bildiriblər. Bundan sonra ştatın həkimlər onunla ünsiyyətdə olmuş 251 nəfəri müayinə etməyə başlayıblar.
“Hazırda Kojikode dairəsindəki tibb kollecində və xəstəxanada 38 nəfər təcridetmə rejimindədir, onların 11-i virusun aşkarlandığı şəxslərdir. Bununla yanaşı, 8 nəfərin analiz nümunələri yoxlama üçün Milli Virusologiya İnstitutuna göndərilib", - Corc telekanala bildirib.
Xəstə oğlanın yaşadığı Kojikodedə və digər üç rayonda təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, “Nipax” virusu uçan tülkülər (yarasalar dəstəsinə aid məməli heyvan cinsi -red) və siçanlar tərəfindən yayılır. O, insanlara adətən yarasaların və siçanların ağız suyunun olduğu meyvələr vasitəsilə keçir. Ümumdünya Səhiyyə Təşkilatı “Nipax”ı dünyanın ən təhlükəli viruslarından biri hesab edir. Virus sürətlə yoluxur, onun əleyhinə dərman və vaksin mövcud deyil. Bu halda xəstəlikdən ölüm səviyyəsi 40-75 % təşkil edir.
Bu xəstəlik üçün beyin damarlarının iltihabı (ensefalit) və ya respirator xəstəliklər xarakterikdir.
“Nipax” ilk dəfə 2001 və 2007-ci illərdə Hindistanın Qərbi Benqaliya ştatında qeydə alınıb. Virus sonralar daha iki dəfə - 2018 və 2019-cu illərdə Kerala ştatında da aşkarlanıb. Bu ilin iyununda da Hindistanda "Nipax"a yoluxma aşkar edilib.
Oxunub: 500
Oxşar xəbərlər
- Hindistanda daşqın qurbanlarının sayı 151 nəfərə çatıb
- Hindistanda qəzaya uğrayan "Mi-17V5" helikopterinin "qara qutusu" tapılıb
- Hindistanda hərbçilər səhvən kəndlilərə atəş açıb, azı 14 nəfər həlak olub
- Hindistanda hərbi karvana hücum olub, polkovnik və ailəsi öldürülüb
- Hindistanda leysan yağışları insan tələfatına səbəb olub
- Hindistanda avtomobil dərəyə düşüb, ölənlər var
- Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
- Hindistanda ildırım 49 nəfəri vuraraq öldürüb
- Hindistanda dünyanın ən təhlükəli viruslarından biri aşkarlandı
- Hindistanda yoluxanların sayı 22 296 414 nəfərə çatıb