Gürcüstanda pandemiyanın beşinci dalğası gözlənilir


09:38     07 Sentyabr 2021 21_09_07_1630964357.jpg

“Gürcüstanda koronavirus pandemiyasının beşinci dalğası gözlənilir, lakin əvvəlkilər kimi ağır keçməyəcək”.

Femida.az xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə epidemiyanın ən ağır günlərini geridə qoyub: “Bütün dünyada olduğu kimi, Gürcüstanda da beşinci dalğa yaşanacaq. Bu mərhələ nisbətən yüngül keçəcək, belə ki, o vaxtadək vaksinin hər iki dozasını vurduranların sayı çox olacaq”.

Qeyd edək ki, qonşu ölkə hazırda pandemiyanın dördüncü dalğasından keçir. Delta ştamının yayılması səbəbindən avqust ayında yoluxma və ölüm hallarında rekord göstəricilər qeydə alınıb.

Açar sözlər:

Oxunub: 849