Göygöldə avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub


10:25     07 Sentyabr 2021

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində ölən piyadanın şəxsiyyəti dəqiqləşib.

Femida.az -ın məlumatına görə, bu, Göygöl rayon sakini, 1966-cı il təvəllüdlü Bilal İsgəndərovdur.

Qeyd edək ki, hadisə Aşıqlı kəndində qeydə alınıb. "Pajero" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən B.İsgəndərovu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 452