“Uşaqlarım ev dustağı olub” - Ağdaşdan şikayət


16:19     06 Yanvar 2016 IMG-20160101-WA0003.jpg



Ağdaş rayonu Əmirarx kənd sakini Həmidov Ruslan Oruc oğlu tərəfindən Femida.az -a müraciət daxil olub.Vətəndaş müraciətində "Azəryol Servis" ASC-nin sədri Saleh Məmmədovdan şikayətçi olduğunu bildirib. Onun iddialarına görə, vətəndaşa ödənilməli olan kompensasiya mənimsənilib. Müraciəti olduğu kimi təqdim edirik.


“ "Azəryol Servis" ASC-nin sədri Saleh Məmmədovun qanunsuz hərəkətləri nəticəsində küllü miqdarda kompensasiyamız mənimsənilmiş, həyətyanı sahəmiz zəbt edilmiş, hamamımız sökülmüş ən əsası isə 5 nəfərlik ailə üzvümüzün həyatı ciddi təhlükə qarşısındadır. Belə ki, Kürdəmir-Yevlax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Ağdaş rayon ərazisindən keçən hissəsi mənim qanunu evimin 34 sot həyətyanı sahəsinin 6 sotu plana düşdü. Buna görə mənə cəmi 5000 manat kompensasiya təklif olunduqda buna etiraz edib razı olmadım. Çünki, həmin 6 sot həyətyanı torpaq sahəmin üzərində 85 ədəd bol məhsul verən meyvə ağacları və hamam var idi. Həmçinin, bəzi qonşuların 6 sotdan az torpaq sahələrinə görə mənə veriləcək kompensasiyadan dəfələrlə çox kompensasiyanın verildiyini nəzərə alıb ailəliklə buna etiraz etdik.

"Azəryol Servis" ASC-nin sədri Saleh Məmmədovun sifarişi ilə məni 14 dekabr 2015-ci il tarixdə qanunsuz olaraq 15 gün inzibati qaydada həbs etdilər ki, guya mən yol çəkilişinin aparılmasına maneçilik yaratmışam. Ağdaş Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində həbsdə olduğum zaman natarius ora gəlib mənə 5000 manat kompensasiyanın alınmasına razı olmağıma dair saxta sənəd imzalatdırdı. İmza atmayacağım təqdirdə ailəmi və azyaşlı uşaqlarımıda həbs edəcəkləri ilə hədələdilər. Bu, bəlkə də Azərbaycan tarixində görünməmiş bir vəhşilik və özbaşınalıqdır ki, " Azəryol Servis" ASC-nin sədri Saleh Məmmədovun göstərişi ilə bunu etdilər. Evim, həyətyanı sahəm pis vəziyyətdədir. Magistral yol evimin 4 metrliyindən keçir ki, bu hər an həyatımızı ciddi təhlükə qarşısında qoyub.85 ədəd meyvə ağacımı kəsdilər, yeni inşa edilmiş hamamımı sökdülər. Ağır tonajlı avtomobiııərin hərəkətindən evim silkəlkənir , divarları çatlayıb ev tamamilə qəzalı vəziyyətdədir.Magistral yolun hündürlüyü evimin damı ilə bərabərdir. Himayəmdə üç azyaşlı uşağım var.Artıq uşaqlarım ev dustağı olublar həyətə çıxmağa qorxurlar. Ağır tonajlı maşınların hərəkəti silkələnmə və vahimə yaradır ki, bundan nəinki azyaşlı uşaqlar həttda böyük adamda qorxub həyacan keçirir. Hamamızı dağıtdılar deyə evdə yuyunmaq məcburiyyətində qalmışıq.

Hansı qanuna əsasən magistiral yol yaşayış evinin düz 4 metrliyindən salınıb ? Belə olduqda vətəndaşa düzgün kompensasiya verilməlidir ki, başqa yerdən ev alsın və ya inşa etdirib oradan köçsün. Məni qanunsuz həbs etdirib hədə-qorxu ilə 5000 manat kompensasiya almağıma dair saxta sənədə imza etdirsələrdə həmin pulu almadıq.”
Əlaqə telefonum; 050 744-39-11

Məsələ ilə bağlı qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2308