Saxta COVID-19 pasportu satan tibb bacısı barəsində cinayət işi başlanılıb
10:14 07 Sentyabr 2021
“Göygöl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin Ailə Sağlamlıq Mərkəzində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Göygöl rayon prokurorluğunda araşdırma aparılıb.
Göygöl rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla həmin tibb mərkəzinin böyük tibb bacısı Ülviyyə Quliyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edərək bir neçə şəxsin COVID-19 əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
Oxunub: 1052
Oxşar xəbərlər
- Saxta COVID-19 pasportu satan tibb işçiləri tutulub
- Saxta COVID-19 pasportu satan şəxsə cinayət işi açılıb
- Saxta COVID pasportu satan həkimlərə cinayət işi açılıb
- Saxta vaksin pasportu satan 3 nəfər saxlanılıb
- Saxta COVID-19 pasportu satan tibb qardaşı barəsində cinayət işi başlanılıb
- Saxta COVID-19 sənədi verən feldşerə cinayət işi açılıb
- Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər ifşa olunub
- Saxta COVİD-19 pasportu satan həkimlər saxlanıldı - Video
- Saxta əlilliklə bağlı 266 şəxsin sənədləri Baş Prokurorluğa göndərilib
- Saxta tibbi arayışlarla bağlı 2 şirkətin vəzifəli şəxsləri barəsində cinayət işi açılıb