Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib


11:28     07 Sentyabr 2021 21_09_07_1630997449.jpg

Türkiyənin Samsun şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

Femida.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat 3 fərqli ünvanda gerçəkləşdirilib.

Samsunun Atakum, İlkadım və Canik rayonlarında keçirilən əməliyyat nəticəsində İraq əsilli 2 şəxs saxlanılıb.

Onların yaşadıqları ünvanlardan rəqəmsal materiallar götürülüb.

Daha bir şübhəlinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 1172