Eyni mənzil bir neçə şəxsə satılarsa, qanuni sahibi kim olmalıdır? - Hüquqi yardım


12:05     07 Sentyabr 2021 menzil18.jpg



Bir mənzilin neçə nəfərə satılmasını əvvəlcədən müəyyən etmək mümkün deyil. Bunun üçün vahid dövlət reyestri yoxdur.

Femida.az xəbər verir ki,bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında hüquqşünas Vüqar Babayev deyib.
O bildirib ki, tikinti mərhələsində olan binalardan mənzili almaq istəyənlər reputasiyası olan şirkətlərə müraciət etsə, daha doğru olar:

"Eyni mənzil bir neçə şəxsə satılarsa, məhkəmə təcrübəsinə əsasən birinci müqavilə kiminlə imzalanıbsa, sahibi də həmin şəxs olur. Digər zərərçəkmişlər isə mülki iddia qaldıra və dəymiş zərərinə ödənilməsini təmin edə bilərlər.
Belə hallarla dəfələrlə rastlaşmışam. Proses uzun illər davam edib. Bir çox hallarda dövlət müdaxilə edib, öz vəsaiti və ya hər hansı formada mənzillər inşa edib, həmin vətəndaşlara verirlər ki, qismən də olsa, onlara dəymiş zərər ödənsin".
V. Babayev bildirib ki, tikinti şirkətlərinin satış bazarına nəzarət edilməlidir:
"Tikintiyə başlanılan zaman satışa çıxarılacaq mənzillərin ilkin qeydiyyatı aparılmalıdır. Hazırda bizdə bu institut işləmir. Məsələnin sistemləşdirilməsinə ehtiyac var. Şirkətə tikinti üçün icazə verilirsə, binanın smeta dəyəri hesablanmalı və həmin vəsait banka qoyularaq bloklanmalıdır. Tikinti üçün lazım olan həcmdə vəsait isə şirkətə ödənilməlidir. Hazırda bizdə elə şirkət var ki, nizamnamə kapitalı 10 manatdır, lakin 50 milyonluq layihə icra edir. Bu, məntiqə sığmır.







Açar sözlər:

Oxunub: 1461