Təhsil Nazirliyi valideynlərə müraciət edib


14:53     07 Sentyabr 2021 21_09_07_1631012119.jpg

Təhsil Nazirliyi məktəblərin qarşısında yaranacaq sıxlıqlarla bağlı valideynlərə müraciət edib.

Femida.az -IN xəbərinə görə, təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib ki, evlərində koronavirus xəstəsi olan valideynlərin övladlarını məktəbə göndərməməsi ilə bağlı iltizam forması doldurulmalıdır.

"Keçən il bəzi valideynlər koronavirus xəstəsi ola-ola övladını məktəbə göndərirdilər və yoluxma artırdı. Odur ki, valideynləri məsuliyyətli olmağa çağırırıq", - müşavir əlavə edib

Açar sözlər:

Oxunub: 819