Birinci MDB Oyunlarında 35-ci medalı qazandıq
19:28 07 Sentyabr 2021
Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Azərbaycan komandası daha iki qızıl medal qazanıb.
Femida.az xəbər verir ki, stend atıcılığının dairəvi növündə Cavid Həsənov bütün rəqiblərini qabaqlayaraq çempion olub. Komandamızın aktivinə daha bir qızıl medalı isə samboçumuz Toğrul Salmanov (+98 kq) yazdırıb. Samboçumuz əzmlə mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Digər samboçumuz Rəsul Aydəmirov (98 kq) isə yalnız finalda uduzaraq gümüş medal əldə edib.
Bununla da Azərbaycan komandası birinci MDB Oyunlarında qazandığı medalların sayını 32-yə çatdırıb. Medallardan 11-i qızıl, 6-sı gümüş, 15-i bürüncdür.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.
Femida.az
Oxunub: 601
Oxşar xəbərlər
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Birinci vitse-prezident Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
- Birinci vitse-prezident qızıl medal qazanan idmançını təbrik edib
- Birinci doza peyvənd olunanların qapalı məkanlara daxil olmasının qaydası açıqlanıb
- Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
- Birinci sinfə qəbul bərpa edilib
- Birinci siniflərə qəbul başlayır
- Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib - VİDEO