Daha 2447 nəfər koronavirusa yoluxub, 41 nəfər ölüb


19:32     07 Sentyabr 2021 2021/09/c4827e57-a5b5-3851-889b-b8a8054d8ec1_1631028810.jpeg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2447 yeni yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ QərargahdanFemida.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389977 nəfər müalicə olunaraq sağalıb, 5920 nəfər vəfat edib, aktiv xəstə sayı 51828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15530, ötən müddət ərzində isə ümumilikdə 4578600 test aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 185