"Taliban" Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini elan edib
18:34 07 Sentyabr 2021
"Taliban" Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini elan edib.
Femida.az bu barədə TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid məlumat verib.
Belə ki, Molla Məhəmməd Həsən Axund Əfqanıstanın baş naziri vəzifəsini icra edəcək. Qeyd edək ki, Molla Məhəmməd Həsən Axund 1996-2001-ci illərdə "Taliban" idarə şurasının sədri olub.
Baş nazirin müavini Molla Abdul Qəni Bəradər təyin edilib.
Yeni hökumətdə xarici işlər naziri Molla Əmir Muttaki, daxili işlər naziri Siracuddin Haqqani, müdafiə naziri “Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid, kəşfiyyat naziri Molla Əbdülhaq Vasik, iqtisadiyyat naziri Məhəmməd Hənif, maliyyə naziri Hidayətulla Bədir, Mərkəzi Bankın rəhbəri Məhəmməd İdris, təhsil naziri Məvləvi Nurulla Munir, mədəniyyət və informasiya naziri isə Zəbihullah Mücahid olacaq.
Femida.az
Oxunub: 1012
Oxşar xəbərlər
- Taliban qadınlara işləməyi qadağan etdi
- Taliban: "Əfqanıstanda müharibə başa çatıb"
- Taliban qadınların aksiyasını dağıdıb
- Taliban Laşkarqax və Qəndəharı ələ keçirib
- Talibandan hücum - 7 əfqan polis həlak oldu
- Taliban hücuma keçdi: 14 polis öldürüldü
- Taliban 30 polisi öldürdü
- Taliban lideri öldürüldü