"Taliban" Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini elan edib


18:34     07 Sentyabr 2021 2021/09/77fc6dd5-a72e-35f0-ac09-2ba613d9d5cb_850_1631028906.jpg

"Taliban" Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini elan edib.

Femida.az bu barədə TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid məlumat verib.

Belə ki, Molla Məhəmməd Həsən Axund Əfqanıstanın baş naziri vəzifəsini icra edəcək. Qeyd edək ki, Molla Məhəmməd Həsən Axund 1996-2001-ci illərdə "Taliban" idarə şurasının sədri olub.

Baş nazirin müavini Molla Abdul Qəni Bəradər təyin edilib.

Yeni hökumətdə xarici işlər naziri Molla Əmir Muttaki, daxili işlər naziri Siracuddin Haqqani, müdafiə naziri “Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid, kəşfiyyat naziri Molla Əbdülhaq Vasik, iqtisadiyyat naziri Məhəmməd Hənif, maliyyə naziri Hidayətulla Bədir, Mərkəzi Bankın rəhbəri Məhəmməd İdris, təhsil naziri Məvləvi Nurulla Munir, mədəniyyət və informasiya naziri isə Zəbihullah Mücahid olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1013