Ermənistan XİN-də yeni təyinat olub


21:41     07 Sentyabr 2021 2021/09/b1e0cbc0-454a-32ec-8340-c7d70dd5d89a_850_1631036557.jpg

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Vahe Gevorqyan xarici işlər nazirinin müavini təyin edilib.

Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar hökumətin rəsmi saytında dərc edilib.

Xatırladaq ki, Ermənistan Prezidentinin 19 avqust tarixli sərəncamı ilə parlamentinin keçmiş spikeri Ararat Mirzoyan xarici işlər naziri vəzifəsinə təyin olunmuşdu. Bundan əvvəl nazir vəzifələrini hazırda Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Armen Qriqoryan yerinə yetirirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 772