Milli Məclisin komitə iclasları başlayır


09:21     08 Sentyabr 2021 2021/09/636d3526-ddba-3f6d-8b04-88d7718d5ac0_850_1631078530.jpg

Bu gündən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır.

Femida.az -ın xəbərinə görə, sessiya çərçivəsində ilk olaraq parlamentin Elm və təhsil komitəsinin toplantısı keçiriləcək.

Onlayn qaydada keçiriləcək iclasın gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

2. Milli Məclisin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

Açar sözlər:

Oxunub: 816