Abşeronda yol qəzası olub, xəsarət alan var


10:17     08 Sentyabr 2021 1419625164_qeza-cenubnews-55.jpg

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Digah qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Əhmədov Əhəd Fərzalı oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 975