Rusiyada yaşayış binasında partlayış olub, yaralananlar var


10:47     08 Sentyabr 2021 21_09_08_1631082971.jpg

Rusiyanın Moskva vilayətində çoxmənzilli yaşayış binasında partlayış olub.

Femida.az TASS-a istinadən xəbər verir ki, hadisə Noqinskdə baş verib.

Partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan biri azyaşlıdır.

Bildirilib ki, 170 sakin evakuasiya edilib. Xilasetmə tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri araşdırılır. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Açar sözlər:

Oxunub: 658