Sabah Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası olacaq


11:33     08 Sentyabr 2021 21_09_08_1631083506.jpg

Sabah Bakıda Azərbaycan və Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçiriləcək.

Bu barədə Femida.az-a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, iclasda Komissiyanın həmsədrləri, nazir Pərviz Şahbazovun, eləcə də Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Komissiyanın 2019-cu il oktyabrın 9-da Bakıda keçirilmiş 16-cı iclasından ötən dövr ərzində ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində ikitərəfli əlaqələrin vəziyyəti ilə bağlı görülmüş işlər nəzərdən keçiriləcək, gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı növbəti addımlar müzakirə ediləcək.

Tədbirin sonunda protokol imzalanması nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 1193