Bakıda daha bir ünvanda tikinti şirkəti qanunsuz parklanma yeri təşkil edib


12:14     08 Sentyabr 2021 21_09_08_1631087692.jpg

Bakının Nizami rayonunun Tofiq Abbasov küçəsində "Orbita" Mənzil-Tikinti Kooperativi piyada səkisini zəbt edərək qanunsuz parklanma yeri təşkil edib.

Femida.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb. Məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.

Açar sözlər:

Oxunub: 1155