Dünyada koronavirusa yoluxma sayı artır


13:22     08 Sentyabr 2021 21_09_08_1631091873.jpg

Bu gün səhər saatlarına olan vəziyyətə görə, dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 221 936 662 nəfərə çatıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baltimorda yerləşən Cons Hopkins Universitetindən bildirilib.

Qeyd olunub ki, pandemiya başlayandan bu yana koronavirusdan ölənlərin sayı 4 586 188 nəfər təşkil edir.

ABŞ-da indiyədək 40 280 094 nəfər koronavirusa yoluxub ki, onların 650 532 nəfəri dünyasını dəyişib.

Hindistan və Braziliyada yoluxanların sayı 20 milyonu keçib.

Açar sözlər:

Oxunub: 1315