Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb


13:23     08 Sentyabr 2021 21_09_08_1631093048.jpg

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.

Femida.az -IN məlumata görə, N.Quliyev sentyabrın 7-də saxlanıldığı təcridxanda ölüb.

Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 856