Ötən ay 9 uşaq övladlığa verilib


16:22     08 Sentyabr 2021 2021/09/korpe-1631102895_1631103846.jpg

Bu ilin avqust ayı ərzində Azərbaycanda 9 uşaq övladlığa verilib. Onlardan 5-i öz qohumları tərəfindən övladlığa götürülüb.

Bu barədə Femida.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazieliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Ümumi övladlığa götürülənlərdən 4-ü qız, 5-i isə oğlandır.Ümumilikdə, 2021-ci ilin 8 ayı ərzində 77 uşaq övladlığa verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 465