Nazir Rabitə qoşunlarının hərbi hissəsində olub


19:16     08 Sentyabr 2021 2021/09/343034ab-2339-328d-b145-e922315fd9a6_850_1631114243.jpg

Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Femida.az- a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissələrindən birində olub.

Nazirliyinin rəhbər heyəti rabitə nəqliyyat vasitələri, texnikaların cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova döyüşün idarə edilməsi üçün silahlanmaya yeni qəbul edilmiş müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda-qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə məruzə edilib.

Müdafiə naziri Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Femida.az

Açar sözlər:

Oxunub: 211