Beyləqanda koronavirus xəstəsi saxlanılıb


11:30     09 Sentyabr 2021 21_09_09_1631171340.jpg

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Əvəz Quliyevin koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

Ə.Quliyevin mərkəzi bazar ərazisində olduğu müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Açar sözlər:

Oxunub: 999