Hərbçilərin qohumları İrəvanda bayram tədbirlərinin ləğvini tələb edir


12:35     09 Sentyabr 2021 21_09_09_1631176562.jpg

Ermənistan silahlı qüvvələrinin 44 günlük müharibədə ölən hərbçilərinin anaları və qohumları sentyabrın 21-də İrəvanda Respublika meydanında təntənəli bayram tədbirinin keçirilməsi barədə qərarın ləğvini tələb edirlər.

Femida.az xəbər verir ki, bu barədə məlumatı “Aysor” yayıb.

Onlar tələb ediblər ki, bir çox ailə hələ də itkin düşən hərbçi yaxınını axtarır: “Belə şəraitdə hökumətin bayram tədbir keçirmək haqqı yoxdur”.

Qeyd edək ki, sentyabrın 8-də Ermənistan hökuməti sentyabrın 20-si iş gününü sentyabrın 25-i ilə əvəzləyib. Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, sentyabrın 21-də İrəvanda Respublika meydanında genişmiqyaslı, təntənəli bayram keçirəcəklər.

Xatırladaq ki, 1999-cu il sentyabrın 21-də Ermənistandan müstəqillik haqqında referendum keçirilib. Bu siyasi kampaniya əsasında Ermənistan SSR Ali Soveti “Müstəqillik haqqında Bəyannamə” qəbul edib və Ermənistan Respublikasının müstəqilliyi elan olunub.

Açar sözlər:

Oxunub: 913