Biləsuvarda yol qəzası olub, ər və arvad xəsarət alıb


12:01     09 Sentyabr 2021 21_09_09_1631176644.jpg

Biləsuvar rayonunda yol qəzası baş verib.

hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan ər və arvad xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 896