"Əhalinin sağlamlığının qorunması haqqında” qanuna yenidən baxılacaq


13:04     09 Sentyabr 2021 21_09_09_1631176981.jpg

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna bütövlükdə yenidən baxmağı planlaşdırırıq".

Bunu "Report"un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

O deyib ki, bu qanun uzun illər əvvəl qəbul olunub: "Həmçinin qanuna çoxlu sayda əlavə və dəyişikliklər edilib. Ona görə də bu sənədə bütövlükdə baxacağıq".

Qeyd edək ki, hazırda qüvvədə olan “Əhalinin sağlamlığının qorunması haqqında” qanun 1997-ci ildə qəbul edilib.

Açar sözlər:

Oxunub: 1076