Məktəblərdə peyvənd məntəqələri bərpa ediləcək


17:26     09 Sentyabr 2021 2021/09/download_1631194164.jpg

“Sentyabrın 22-dən etibarən əks göstəriş və immun sertifikatı olmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq”.

Femida.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

O qeyd edib ki, təhsil işçilərinin siyahıları hazırlanıb və məktəblərdə ciddi monitorinqlərin keçirilməsi planlaşdırılır: “Məktəb rəhbərliyi prosesə nəzarət edəcək”.

R.Ağayev həmçinin məktəblərdə quraşdırılan peyvənd məntəqələrinin ləğvi məsələsinə də aydınlıq gətirib: “Hazırda həmin məntəqələrin bərpası istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə danışıqlar aparılır. Xatırladım ki, Bakıda 10, Sumqayıtda isə 2 belə məntəqə yaradılmışdı. Təhsil işçilərinin vaksinasiyası prosesinin sürətləndirilməsi üçün yaxın günlərdə həmin peyvənd məntəqələrinin yenidən bərpa edilməsi planlaşdırılır”.

Femida.az

Açar sözlər:

Oxunub: 728