Sabiq idarə rəisi və digərlərinin məhkəməsinin vaxtı məlum oldu


18:28     09 Sentyabr 2021 2021/09/mehkeme-1525422399_1631197755.jpg

Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlu və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Femida.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun icraatına verilən cinayət işinin hazırlıq iclası sentyabrın 23-nə təyin olunub.

Cinayət işində Emin Abbasov, Rahib Ağayev, Vüqar Ağayev zərərçəkmiş qismində tanınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 413