Kabildən Dohaya ilk kommersiya uçuşu icra edilib


22:44     09 Sentyabr 2021 2021/09/qatar-1631210346_1631213123.jpg

ABŞ qüvvələrinin təxliyəsindən sonra Kabil hava limanından ilk kommersiya uçuşu həyata keçirilib. Məlumata görə, artıq sərnişin təyyarəsi Dohada eniş edib.

Femida.az xəbər verir ki, “Qatar Airways”ə məxsus təyyarədə 113 nəfər olub.

Sərnişinlər arasında Əfqanıstanla yanaşı digər ölkələrin də vətəndaşları var.

"Qətərli mütəxəssislər tərəfindən bərpa edildikdən sonra bu gün Kabil hava limanından yola düşən ilk təyyarədə ABŞ, Kanada və digər ölkələrin 113 sərnişini olub. Onların əksəriyyəti Qətərdən son təyinat məntəqəsinə gedəcəklər", - Qətərin Həməd hava limanındakı mənbə bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 190