Merkel ilk dəfə özünü feminist adlandırdı


23:15     09 Sentyabr 2021 2021/09/merkel_1631213484.jpg

Almaniya kansleri Angela Merkel feminist olduğunu etiraf edib.

Femida.az xarici mediaya istinadən xəbər verir ki, Merkel 2017-ci ildə “İyirmiliy”in sammitində özünü belə bir statusla bəzəmək fikrində olduğunu bildirməsə də, illər keçdikcə fikrini dəyişib.

“Bu gün tam əminliklə təsdiq edə bilərəm ki, mən feministəm. Onda (2017-ci il sammiti) bunu açıq bildirməkdən bir qədər utandım. Bu gün isə düşündükdən sonra deyə bilərəm: hamı feminist olmalıdır”, - deyə Merkel bildirib.

Onun sözlərinə görə, söhbət ictimai həyatda qadın və kişi bərabərliyindən gedərsə, o özünü əminliklə feminist adlandıra bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1155