Suriyada Rusiya hərbçisi həlak olub


10:26     10 Sentyabr 2021 21_09_10_1631248027.jpg

Suriyada humanitar yardımla dolu avtomobil karvanının partladılması nəticəsində bir rus hərbçi həlak olub.

Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Homs əyalətində olub. Bomba quraşdırılmış avtomobilin karvana yaxınlaşması nəticəsində partlayış baş verib. Əvvəlcə ağır yaralanan Rusiya hərbçisi sonradan dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 886