Bakıda avtomobil yolu keçən qadınları vurub


10:28     10 Sentyabr 2021 21_09_10_1631248175.jpg

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1975-ci il təvəllüdlü İmanova Nərmin Ağazəki qızı və 1980-ci il təvəllüdlü Ağayeva Aytən Arif qızını vurub. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 830