Polis “apteçka”dakı dərmanları tanıyır?


18:11     06 Yanvar 2016 dyppp.png

“Apteçka”larla bağlı söz-söhbətlər gündəmi əməlli-başlıca zəbt edib. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi rəsmi açıqlama da verdi. Rəsmi açıqlama verilsə də, bəzi məsələlər qaranlıq olaraq qalır. Yeni müəmma yol polislərinin “apteçka”larla işləməyə hazır olub-olmaması ilə bağlıdır.


“Apteçka”ların içərisində qoyulan dərmanları ayırd etmək üçün az-çox tibb təhsilinə ehtiyac var. Doğrudan da, istənilən şəxs həmin siyahıda yer alan dərmanların adını oxuyanda müəyyən çətinlik çəkir. Nəzərə almaq lazımdır ki, bu dərmanların adları xarixci dildə yazılır və onları ayırd etmək cüzi də olsa, xarici dil biliyi və tibb təhsili tələb edir.

Bəs görəsən yol polislərimiz bu dərmanlarla bağlı maarifləndirilirmi? Yəni yol polisi əməkdaşları “apteçka”da hansı dərmanın olub-olmadığını rahat şəkildə yoxlaya bilirlərmi?

Mövzu ilə bağlı Femida.az-a danışan hüquqşünas Ərşad Hüseynov bildirdi ki, yol polislərinə mütəmadi olaraq kurslar təşkil olunsa, onlar dərmanlarla bağlı ətraflı məlumata sahib olar və sürücülər tərəfindən aldadılmaz:

“Sözügedən məsələ ilə bağlı iki istiqamətdə iş görülməlidir. Birincisi, siyahıdakı dərmanların sayı dəqiqləşdirilməlidir. Çünki həmin siyahıda lazım olmayan dərmanlar var. Səhiyyə Nazirliyi bu istiqamətdə müvafiq iş görməlidir. Digər tərəfdən, hər bir yol polisi əməkdaşı bu sahədə peşəkar olmalıdır. Nəzərə almaq lazımdır ki, hər bir yol polisi əməkdaşına həkimə qədərki ilkin tibbi yardımın qaydaları öyrədilir. İlkin tibbi yardımın əsas elementlərindən biri də tibb çantaları, yəni “apteçka”larla bağlıdır. Hər bir DYP əməkdaşının “apteçka”ların içərisinə qoyulan dərmanlardan məlumatı olmalıdır. Onlar həmin dərmanlardan istifadə qaydalarını mənimsəməlidir. DYP əməkdaşları üçün mütəmadi olaraq müvafiq kurslar təşkil olunmalıdır. Dərmanların mahiyyəti və təyinatı incəliyinə onlara qədər izah olunmalıdır. Belə olduğu halda yol polisi əməkdaşları başqa dərmanla aldadıla bilməz. Həm də yol nəqliyyat hadisəsi baş verdiyi təqdirdə yol polisi əməkdaşları ilkin tibbi yardımın göstərilməsinə nail ola bilərlər”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1808