Azərbaycanda 29 yaşlı xanım məmur koronavirusdan öldü
12:14 10 Sentyabr 2021
Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib.
Mərkəzin Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Manset.az-a bildirib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib.
"Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib. Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!", - X.Xanlarzadə deyib.
Oxunub: 1112
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib