Baş Prokurorluq: "Jurnalist Mahir Xəttab saxlanılıb"


12:22     10 Sentyabr 2021 21_09_10_1631259263.jpg

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə şübhəli bilinir.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qurumdan bildirilib ki, ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

Açar sözlər:

Oxunub: 985