Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb, küçəyə çıxmaq qadağan edilib
12:59 10 Sentyabr 2021
Türkiyənin Mardin şəhərində PKK terrorçularının polisi öldürdüyü bölgədə genişmiqyaslı əməliyyatlara start verilib.
Femida.az
“TRT Haber”ə istinadən xəbər verir ki, Mardin Valiliyi Artuklu rayonunun Yardere məhəlləsində küçəyə çıxmağı qadağan edib.
Bildirilib ki, terrorçuların məhv edilməsi və onların istifadə etdiyi sığınacaq və anbarların dağıdılması, silah-sursatın ələ keçirilməsi məqsədilə genişmiqyaslı antiterror əməliyyatları keçirildiyi üçün insanların təhlükəsizlik tədbirlərini nəzərə alaraq qərara uyğun davranması əhəmiyyət kəsb edir.
Qeyd edək ki, adıçəkilən məhəllədə PKK terrorçuları ilə atışma zamanı bir polis nəfəri şəhid olmuşdu.
Oxunub: 1044
Oxşar xəbərlər
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Bu günədək Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb
- Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
- Türkiyədə mədəndə qəza olub, 10 nəfər yaralanıb
- Azərbaycan qadınlarını Türkiyədə cinsi istismara məruz qoyan şəxsə hökm oxunub
- Rusiyanın xarici işlər naziri Türkiyədə səfərdədir
- Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır
- Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
- Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib