Bir gündə 75 cinayət


18:24     06 Yanvar 2016 cinayet5.PNG

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.


Femida.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadla verdiyi məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.

Açar sözlər:

Oxunub: 826