Tağı Əhmədov və Məlahət İbrahimqızı YAP-dakı vəzifələrindən azad olunublar


16:25     10 Sentyabr 2021 2021/09/0927a-1631276418_1631276770.jpg

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Bakı üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad edilib.

Femida.az xəbər verir ki, bununla bağlı partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub. Belə ki, iclasda partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib. Partiyanın vəzifədən azad olunan rayon təşkilatlarının sədrləri aşağıdakılardır:

Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı, Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov, Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva.

Bundan əlavə, iclasda Vüqar Seyidov yenidən Suraxanı rayon təşkilatının sədri, Namiq Əhmədov isə yenidən Xəzər rayon təşkilatının sədri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bu ilin aprel ayında partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayıldıqdan sonra o, vəzifəsindən azad edilib. H.Mirələmov eyni zamanda YAP üzvlüyündən xaric edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 278