Müdafiə naziri Rusiya sülhməramlılarının komandanı ilə görüşüb


19:27     10 Sentyabr 2021 2021/09/ee5cf63a99c61928909b91aa8a7b12ad_1631287720.jpg

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Bu barədə Femida.az- a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1250