ABŞ xəstəliyə görə əfqan qaçqınların qəbulunu dayandırdı


23:54     11 Sentyabr 2021 2021/09/1747327959_0_0_3072_1728_1920x0_80_0_0_6da0e581a093c98ec7d60e8b4fc712b5_1631304166.jpg

"Əfqanıstan köçkünləri arasında qızılcaya 4 yoluxma halı müşahidə edilib. Buna görə də ABŞ əfqan qaçqınlarının qəbulunu dayandırıb".

Bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib. Onun sözərinə görə, uçuşlar müvəqqəti dayandırılıb.

Ağ Ev sözçüsü qeyd edib ki, ABŞ -a gəldikdən sonra qızılca diaqnozu qoyulan əfqanlar karantinə alınır və həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edək ki, ABŞ üçüncü ölkələrdəki keçid düşərgələrində aparılan yoxlamalardan sonra minlərlə əfqan qaçqını qəbul edir.

Femida.az

Açar sözlər:

Oxunub: 491