Türkiyədə sərnişin avtobusu qəzaya uğrayaraq yanıb, onlarla xəsarət alan var


09:12     11 Sentyabr 2021 2021/09/b7e7f850-3bed-3df1-8024-bc3564977e23_850_1631332837.jpg

Türkiyədə ağır yol qəzası baş verib.

Femida.az -ın “Habertürk”ə istinadən məlumatına görə, hadisə Ankarada qeydə alınıb.

Çankaya rayonunda idarəetmədən çıxan sərnişin avtobusu əvvəlcə dirəyə çırpılıb, sonra isə yanmağa başlayıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürənlər, polis və xilasedicilər cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qəza zamanı 1 nəfər həlak olub, daha 20 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edilir ki, avtobusun sürücüsü polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 431