Fransada turist təyyarəsi qəzaya uğrayıb, ölənlər var


10:26     11 Sentyabr 2021 21_09_11_1631334520.jpg

Fransanın Dijon şəhəri yaxınlığında kiçikhəcmli turist təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Femida.az xəbər verir ki, bu barədə “Bien Public” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, hadisə cümə günü təxminən saat 14:30-da (Bakı vaxtı ilə saat 16:30-da) Kot-d'Or departamentindəki Darua aerodromunda baş verib. Təyyarə Nensidən havaya qalxıb və eniş edərkən qəzaya uğrayıb.

Xilasedicilərin bildirdiyinə görə, təyyarənin göyərtəsində olan hər üç şəxs ölüb. Aviaqəzanın pis hava şəraiti səbəbindən baş verdiyi güman olunur.

Açar sözlər:

Oxunub: 1062