Çində qaz partlayışı zamanı 8 nəfər həlak olub, xəsarət alanlar var


10:55     11 Sentyabr 2021 21_09_11_1631334954.jpg

Çində partlayış olub.

Bu barədə Femida.az “Global Times” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, hadisə ölkənin şimal-şərqindəki Lyaonin əyalətində qeydə alınıb. Dalyan şəhərində məişət qazından baş verən partlayış zamanı azı 8 nəfər həlak olub, daha 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri və dağıntının miqyası araşdırılır.

Açar sözlər:

Oxunub: 748