Azərbaycanda şagirdlərin yerdəyişməsi dayandırılır


14:30     11 Sentyabr 2021 21_09_11_1631351343.jpg

Sentyabrın 12-si saat 20:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu, yeni tədris ili ilə əlaqədar siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Sentyabrın 16-sı saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 1003