Cəbrayılda daha bir erməni hərbçisinin cəsədi aşkarlanıb


20:18     11 Sentyabr 2021 2021/09/ebe-1631374687_1631383140.jpg

Cəbrayıl rayonunda daha bir erməni hərbçisinin cəsədlərinin qalıqları aşkarlanıb.

Femida.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirili ki, cəsədin hansı hərbçiyə məxsus olması məhkəmə -tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1663 erməni hərbçisinin cəsədi və ya cəsəd qalıqları aşkar edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1270