KİV: Əhməd Məsud Əfqanıstanı tərk etməyib


09:30     12 Sentyabr 2021 21_09_12_1631420344.jpg

“Milli Müqavimət Cəbhəsinin (MMC) lideri Əhməd Məsud Əfqanıstanı tərk etməyib”.

Femida.az “FarsNews”a istinadən xəbər verir ki, bunu MMC liderinə yaxın olan Qasem Məhəmmədi deyib.

O bildirib ki, Əhməd Məsud təhlükəsiz bir yerdədir: “Məsudun Əfqanıstanı tərk etməsi ilə bağlı şayiələr həqiqətə uyğun deyil. O, hazırda Pəncşirlə əlaqə saxlayır”.

Məhəmmədi əlavə edib ki, “Taliban” son günlərdə Pəncşir ərazisinə daxil olub, əsas küçə və keçidlərin təxminən 70%-i onların əlindədir: “Lakin Pəncşirin dağ vadiləri MMC-nin tam nəzarətindədir”.

Açar sözlər:

Oxunub: 746