42 yaşlı kişi bıçaqlandı


10:21     12 Sentyabr 2021 bicaq.jpg

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində 42 yaşlı, rayonun Şilyan kənd sakini Abuşov Elxan Vəkilxan oğlu bıçaq xəsarəti alıb.

Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstə həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Report

Açar sözlər:

Oxunub: 643