Fransa “Taliban” hökumətini tanımaqdan imtina etdi


15:27     12 Sentyabr 2021 2021/09/le_drian_260518_1631449672.jpg

Fransa Xarici İşlər Nazirliyi Əfqanıstanda "Taliban" hökumətini tanımaqdan imtina etdiyini açıqlayıb.

Femida.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib. Onun sözlərinə görə, "Taliban" hərəkatının nümayəndələri beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirmədi. Bu səbəbdən də Paris onların yaratdığı yeni hökuməti tanımaqdan imtina edir.

Nazir qeyd edib ki, hərəkat Parisin humanitar yardımın pulsuz çatdırılmasına icazə verilməsi tələbini rədd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 971