Karantin rejimini pozan mikroavtobus sürücüləri cərimələnib


17:55     12 Sentyabr 2021 2021/09/1631278854_248715e9-0111-3013-9d57-ddc080af8ca2_1631454980.jpg

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına əsasən şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarından irəli gələn tələblərin icrası ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində şənbə və bazar günləri günləri qanunsuz olaraq sərnişindaşıma ilə məşğul olan mikroavtobus sürücüləri aşkarlanıb.

Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 384